HAQQIMIZDA

Baku City Karting Xəzərin sahilində salınmış və şəhərimizin ən iri kartinq ərazisidir. Ümumi uzunluğu 802 m olan və müasir standartlarla salınmış kartinq yolu 22 döngədən ibarətdir. Ən uzun düz yol isə 69 m təşkil edir.

Baku City Kartinq mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanda avtomobil yarışları mədəniyyətinin inkişaf etdiriməsi, əhalidə idmanın bu növünə marağın artırılması və gələcək Formula 1 yarışlarına yerli kadrların hazırlanmasıdır.

Kartinq ən məşhur və maraqlı idman növlərindən biri olaraq sürücülük qabiliyyətini inkişaf etdirməklə yanaşı, böyük həyəcan bəxş edir, insanda özünə güvəni artırır.

Baku City Kartinq mərkəzində İstifadəyə verilən maşınlar Fransanın bir nömrəli brendi olan SODİ KARTS şirkəti tərəfindən təqdim olunur. SODİ kartları həm texniki göstərişləri, həm rahatlıq, həm də müasir dizaynı baxımından digər kartlardan fərqlənir. Qeyd edək ki, yolda boyu 24 kart eyni zamanda hərəkət edə bilər.

Kartinqda əsasə məqamlardan biri də təhlükəsizliyin təmin edilməsidir. Baku Citu Kartinq yolunun kənarları təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ən keyfiyyətli baryer sistemi ilə əhatə edilmişdir. Bu baryerlərin içərisinə doldurulmuş rezin hissəciklər və kənarına çəkilmiş xüsusi lent zərbənin gücünü boğaraq, onu bütün baryer sistemi boyunca bərabər paylaşdırır. Əlavə olaraq qonaqlara xüsusi şlemlər və od keçirməyən kombinezonlar da təqdim edilir.

Ərazidə tamaşaçılar üçün izləmə zonası və kafe də fəaliyyət göstərir.

Baku City kartinq qonaqlarına həm böyüklər, həm də uşaqlar üçün maşınlar təqdim edir. Sürməyi yeni öyrənənlər isə iki nəfərlik maşınlardan istifadə edə bilərlər.

Gənclərin vaxtını səmərəli keçirməsi üçün Baku City Kartinq mütəmadi olaraq yarışlar təşkil edəcək. Kartinq yarışlarında həm gənc, həm də təcrübəli sürücülər iştirak edə biləcək. Bu yarışlar sürücü ilə yanaşı tamaşaçılara da həyəcan dolu anlar yaşadacaq.  

Qeyd edək ki, gəlcəkdə yerli kadrların hazırlanması məqsədi ilə Baku City Kartinq mərkəzi uşaqlar üçün kurslar da təqdim edəcək.

© 2018  Baku City Karting