KARTİNQ MƏKTƏBİ

Baku City Karting mərkəzində KARTİNQ MƏKTƏBİ fəaliyyətə başlayır.
Xüsusi təlim yolunun uzunluğu 260 m, eni isə 5 m təşkil edərək 10 döngədən ibarətdir. 
Kursların müddəti 1 ay ərzində 8 dərs təşkil edir və hər qrupda 4 nəfərə qədər tədris ala bilər. 1 dərsin davamlığı 1 saat olmaqla nəzəri və praktik hissələrdən ibarətdir. 
Yaş həddi – 7 yaşdan və 120 sm-dən yuxarı.
Kartinq üzrə dərslər təlimatçı Rişad Kərimov tərəfindən tədris edilir. Qeyd edək ki, Rişad Kərimov dəfələrlə Tbilisi, Kiyev, Odessa və Bakıda keçirilən kartinq üzrə chempionatlarda iştirak edərək qabaqcıl yerlərin sahibi olmuşdur. 

© 2018  Baku City Karting