QAYDALAR

BAKU CITY KARTİNG ÜÇÜN TEXNİKİ TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏLİMAT

 

Kartlarda yürüş vaxtı sürücülər aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməlidirlər:

1. Yürüşdən qabaq trekin layihəsi ilə tanış olmağı zəruri qaydada tövsiyə edirik.

2. Narkotik, spirtli içki təsirindən sərxoş vəziyyətdə hərəkət etmək QADAĞANDIR

3. Kartinq ərazisində siqaret çəkmək QADAĞANDIR (yalnız siqaret çəkmək üçün xüsusi ayrılmış yerlərdə icazəlidir).

4. Dəbilqə, təhlükəsizlik kəməri, əlcək, kombinezon olmadan hərəkət etmək QADAĞANDIR

5. Şərflər, yaylıqlar çıxarılmalıdır, uzun saçlar – dəbilqə və ya paltarın altına salınmalıdır.

6. İdarəetmə vaxtı əllər bu cür vəziyyətdə olmalıdır: sol əl saat 10 üzərində, sağ əl isə saat 2 üzərində.

7. İdarəetmə vaxtı eyni zamanda akselerator və əyləc pedallarına sıxmaq olmaz.

8. Trasda hərəkət yalnız bir istiqamət üzrə gedir. Qarşı hərəkət qadağandır.

9. Qırılma və ya qəza nəticəsində kartı tərk etmək qadağandır. Təhlükəsizlik üzrə marşalın sizə yaxınlaşmasını gözləyin və onun tapşırıqlarını yerinə yetirin.

10. Qəsdən toqquşma yaratmaq, digər kartı bloklaşdırmaq, döngədə sürmə istisna olmaqla, hərəkət istiqamətini dəyişərək ötməyə mane olmaq QADAĞANDIR.

11.Hərəkətə başlamaq və trassadan çıxmaq – yalnız marşalın siqnalı və bayraqlara uyğun olaraq.

12. Bütün göstərici bayraqlar ilə tanış olmaq lazımdır:

 Yaşıl bayraq – bayraq yığışdırılmayana qədər, akselerator pedalına sıxmamaq.

 Qara bayraq – sürücü dərhal pit-leyn yaxınlaşmalı və personal tərəfindən veriləcək təlimatları    gözləməlidir.

 Mavi bayraq – Sizin arxanızda daha sürətli sürücü var. Hərəkətin ideal trayektoriyasından yerinizi dəyişin.

Sarı bayraq – trekdə hadisə, sürəti azaldın. Digər kartı ötmək QADAĞANDIR.

 Qırmızı bayraq – trekdə hadisə, sürəti azaldın. Dərhal pit-leynə qayıdın.

 Dama-Dama bayraq – Yürüşün sonu. Pit-leynə qayıdın.

13. Trasdan çıxandan sonra personalın yaxınlaşmağını gözləyin. Onlar mühərriki söndürdükdən sonra kartı tərk etməyə icazə verilir.

14. Yürüş vaxtı bədbəxt hadisə baş verərsə, qonaqlar “Atəşgah Sığorta” şirkəti tərəfindən sığortalanıb.

 

© 2018  Baku City Karting